İsrailin keçmiş baş naziri, hazırda parlament müxalifətinin lideri Benyamin Netanyahu çərşənbə günü özünü pis hiss edib və xəstəxanaya yerləşdirilib.
Məlumata görə, 72 yaşlı siyasətçi Qüdsün ən böyük sinaqoqunda çərşənbə axşamı qeyd olunan və yəhudilərin ən mühüm bayramlarından biri olan Yom Kippur (“Qiyamət günü”) münasibətilə bayram mərasimi zamanı özünü pis hiss edib. Həkimlər onu yerində müayinə ediblər, bundan sonra Netanyahu daha ətraflı müayinə üçün xəstəxanaya aparılıb.
Netanyahunun ofisi əmin edib ki, siyasətçi hazırda özünü yaxşı hiss edir və təkbaşına xəstəxanaya yollanıb.
Siyasətçinin sözçüsü əlavə edib ki, Netanyahu Yom Kippur zamanı oruc tutub. Ənənəyə görə, bu gündə 25 saatlıq ciddi oruc tutulur.
Netanyahunun ofisi xəstəliyin xarakterini açıqlamayıb.
Qeyd edək ki, siayətçi 2009-2021-ci illərdə İsrailin baş naziri olub. Hazırda o, ən böyük müxalifət partiyası olan “Likud”un rəhbəridir.
Mənbə: TASS
www.102info.az