Fransa kino ulduzları iranlı qadınlara dəstək olaraq saçlarını kəsdilər – VİDEO

Dünya

İranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan etirazlara məşhur fransız xaımları da dəstək veriblər.

Şarlotta Qinzburq, Ani Jirardo, İzabel Yuper, Ceyn Birkin, İzabel Adjani, Marion Kotiyyar, Şarlotta Ramplinq və başqa aktrisalar sosial şəbəkələrdə “Azadlıq naminə!” şüarı altında saçlarını kəsdikləri videolar yayımlayıblar.

Birgə paylaşımda ümumilikdə 50-dən çox sənətçi yer alıb.

Qeyd edək ki, insan haqları təşkilatlarının məlumatına görə, İranda sentyabrın 16-dan bəri etirazlar nəticəsində 130-dan çox adam ölüb. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin sözlərinə görə, Aİ baş verənlərə sərt reaksiya verdikləri üçün ölkə hakimiyyətinə qarşı sanksiyalar tətbiq etməyi düşünür.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir