Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasimi 3 iyun 2023-cü ildə Londondakı Vestminster abbatlığında keçiriləcək.
Bu barədə çərşənbə günü Britaniya hakimiyyət orqanlarına istinadən “Bloomberg” agentliyi məlumat yayıb.
Bukingem sarayının ortaya çıxan məlumatı şərh etməkdən imtina etdiyi vurğulanıb.
Eyni zamanda agentlik qeyd edib ki, Böyük Britaniya hökumətində tacqoymadan əvvəl və sonra hansı günlərin istirahət günləri olacağı ilə bağlı müzakirələr gedir.
www.102info.az