Şimali Koreya daha iki raket buraxdı: Bölgədə gərginlik artır

Dünya

Şimali Koreyanın Yaponiya üzərində raket sınağından sonra bölgədə gərginlik artır.

Pxenyan daha iki raketi sınaqdan keçirib. Bu da bölgədə gərginliyin daha da artmasına səbəb olub.

Cənubi Koreya ordusu iki qısamənzilli ballistik raketin Yapon dənizi istiqamətində buraxıldığını açıqlayıb.

Raketlər Yaponiyanın əlahiddə iqtisadi zonasından bir qədər aralı, Sakit okeana düşüb. Şimali Koreya iki gün əvvəl də son beş ildə ilk dəfə olaraq Yaponiya üzərində qitələrarası raket sınağı keçirib.

Sınaqlar BMT, ABŞ və Yaponiya tərəfindən tənqid olunub. Avropa İttifaqı da məsələyə reaksiyasız qalmayıb.

Bundan əlavə, ABŞ və Cənubi Koreya birgə hava təlimləri keçirib və cavab olaraq qısamənzilli ballistik raket buraxıblar.

Mənbə: Haber Global

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir