Rusiyanın Kabardin-Balkar Respublikasında turistlər sel səbəbindən ətraf həyatdan tam təcrid olunmuş vəziyyətə düşüblər.
Hadisə Kislovodsk-Elbrus avtomobil yolunda baş verib.
Güclü sel avtomobil yolunun Kislovodsk istiqamətində olan hissəsini tamamilə yuyaraq yararsız hala salıb. Təbii fəlakət nəticəsində avtomobillər lil palçığın içində batıb qalıb.
Evakuasiyası və yolun təmizlənməsi üçün xüsusi texnika hələ də köməksiz qalan turistlərin olduğu əraziyə düşə bilmir.
Hazırda yolun təmizlənməsi istiqamətində işlər aparılır.
Mənbə: Baza
www.102info.az