Cənubi Koreya 30-a yaxın qırıcı təyyarəsini havaya qaldırıb.
Bu, Şimali Koreyanın 12 təyyarəsinin iştirak etdiyi hava təlimlərinə cavab addımı olub.
Yerli vaxtla saat 14 radələrində Şimali Koreyaya məxsus 12 təyyarə, o cümlədən səkkiz qırıcı və dörd bombardmançı təyyarə nizamlı şəkildə iki ölkə arasında sərhədin şimalına doğru uçub. Buna cavab olaraq Cənubi Koreya “F-15K” təyyarələri də daxil olmaqla 30-a yaxın qırıcı təyyarəni havaya qaldırıb.
Məlumata görə, Şimali Koreya ordusu yerüstü hədəfləri vurmaq üçün təlimlər keçirib.
Mənbə: TASS
www.102info.az