İki Rusiya vətəndaşı Alyaskadan ABŞ sərhədini qanunsuz olaraq keçmək istəyərkən ABŞ rəsmiləri tərəfindən saxlanılıb.
Məlumata görə, Berinq boğazının cənub hissəsində Müqəddəs Lavrenti adası yaxınlığında qeyri-qanuni mühacirlərin olduğu qayıq görünüb. Qanunu pozanlar adanın şimal-qərb sahilində yerləşən Qambell şəhərinə çatanda saxlanılıblar. Alyaskanın qubernatoru Mayk Danlivi jurnalistlərə verdiyi açıqlamada, hadisədən xeyli təəccübləndiyini gizlətməyib.
Rusiyalıların və onların ölkədə qalan yaxınlarının təhlükəsizliyi səbəbindən saxlanılanlar barədə əlavə məlumat verilməyib.
Mənbə: mk.ru
www.102info.az