ABŞ-da göyərtəsində 126 sərnişinin olduğu təyyarə eniş zamanı alışıb – VİDEO

ABŞ-da “MD-82” sərnişin təyyarəsi Mayami Beynəlxalq Hava Limanına eniş edərkən alovlanıb.

Hadisə zamanı təyyarənin göyərtəsində 126 nəfər olub.

Eniş zamanı təyyarənin ön şassisi qırılıb.

İlkin məlumata görə, qəza nəticəsində üç nəfər xəsarət alıb.

İnsidentlə əlaqədar hava limanında bir neçə reys təxirə salınıb.

Mənbə: Associated Press

www.RIA24.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.