Aİ-də superkompüter istehsalına 8 milyard avro sərmayə yatırılacaq

Avropa Komissiyası (AK) “rəqəmsal suverenlik” əldə etmək üçün Avropa İttifaqında öz superkompüterlərinin istehsalına 8 milyard avro sərmayə yatırmaq niyyətindədir.
Bu barədə AK rəhbəri Ursula fon der Lyayen Avropa Parlamentinin iclasında Aİ-dəki işlərin vəziyyətinə dair illik çıxışı zamanı bildirib.
“Rəqəmsal suverenliyə nail olmaq üçün öz superkompüterlərimizin istehsalına 8 milyard avro sərmayə qoyacağımızı elan etməkdən məmnunam”, – o deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir