Aİ Şurası Ukrayna və Moldovaya namizəd statusu verdi – FOTO

Aİ Şurası Ukrayna və Moldovaya Aİ-yə daxil olmaq üçün namizəd statusunun verilməsi barədə qərar qəbul edib.

Bu barədə Şuranın prezidenti Şarl Mişel özünün sosial şəbəkə səhifəsində yazıb. O, Ukrayna və Moldova dövlət başçılarını bu münasibətlə təbrik edib.

Bundan əlavə, Aİ liderləri Gürcüstanın Avropa perspektivini tanıyıb və prioritet məsələlər həll olunan kimi namizəd statusu verməyə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, məsələnin müzakirəsi gözlənildiyi kimi elə də asan keçməyib. Belə ki, bəzi ölkələr Bosniya və Herseqovinaya da eyni statusun verilməsini tələb edib.

 

www.RIA24.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.