Ancelina Coli hakimə qarşı vəsatət qaldırıb

Məşhur Hollivud ulduzu Ancelina Coli onun keçmiş həyat yoldaşı Bred Pitlə olan məhkəmə işini aparan hakim Con Uderkirki məhkəmə prosesindən uzaqlaşdırılmasını tələb edir.
“Associated Press” xəbər verir ki, məşhur aktrisa bu məqsədlə Los-Anceles Ali Məhkəməsində vəsatət qaldırıb.
Aktrisanın vəsatət qaldırmasına səbəb hakimin Bred Pitin vəkillərindən biri ilə işgüzar münasibətlərdə olmasıdır.
Qeyd edək ki, 56 yaşlı Bred Pitlə 45 yaşlı Ancelina Coli 12 il ailəli olub.
Cütlük 2016-cı ildə ayrılıb. Onların altı övladı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir