“Bank BTB” “Fərqli Depozit” kampaniyası üzrə müddəti bir ay uzatdı

“Bank BTB” əmanətlərin yüksək faizlə və sərfəli şərtlərlə təqdim olunduğu “Fərqli Depozit” kampaniyasının müddətini 31 avqust 2020-ci il tarixinədək uzatmağı qərara alıb. Məqsəd banka daxil olan çoxsaylı müraciətlər əsasında kampaniya şərtlərindən xəbərsiz qalaraq faydalana bilməyən şəxslərin bu fürsətdən yararlanmaqlarını təmin etməkdir.

Qeyd edək ki, kampaniya çərçivəsində vəsaitlərini “Bank BTB”də yerləşdirən müştərilər depozit üzrə illik 12% gəlir qazanmaqla yanaşı, bankın təklif etdiyi bir çox fürsət və üstünlüklərdən faydalana bilirlər:

• Depozitdən yüksək gəlir qazanmaq;

• Toplanan faizləri öncədən, aylıq, rüblük və ya müddətin sonunda götürmək;

• Depoziti istənilən zaman artırmaq;

• Depozitə bağlı komissiyasız və sərfəli şərtlərlə kredit əldə etmək;

• Depoziti güvənli və etibarlı banka həvalə etmək.

Onu da qeyd edək ki, əmanətlər Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən tam sığortalanır. “Fərqli Depozit” kampaniyasının şərtləri haqqında daha ətraflı: bit.ly/ferqli-depozit-1ay-uzadildi 

Qeyd edək ki, kampaniya ilə bağlı hər hansı sualı olan müştərilər “Bank BTB”nin onlayn müraciət kanalları olan “Facebook” (www.facebook.com/bankbtb) və “Instagram” (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 “WhatsApp” (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Həmçinin, bu və digər məhsul və kampaniyalarımız haqqında (012) 946 nömrəli Məlumat mərkəzindən və www.btb.az rəsmi saytından məlumat əldə edə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir