Belarus xüsusi təyinatlıları Ukraynaya qarşı əməliyyatdan İMTİNA ETDİ

Belarus xüsusi təyinatlıları Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak etməkdən imtina edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı martın 14-də məlumat yayıb.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Belarus Respublikası ordusunun Ukraynaya qarşı müharibədə iştirak təhlükəsinin qaldığını bildirib. Onun sözlərinə görə, prezident Aleksandr Lukaşenko hələ də Belarus ordusunu döyüşə atmağa cəsarət etmir.

Martın 13-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Belarusun hərbi rəhbərliyi Ukrayna ilə sərhədin mühafizəsini gücləndirmək üçün tədbirlər görməkdə davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.