Gözlərinizi ovuşdurmayın – Professordan XƏBƏRDARLIQ

Gözlərimiz görmə duyğumuzu təmin edən ən önəmli orqandır. Bir çoxumuz fərqinə varmadan onları davamlı ovuşdururuq. Bəs bu vərdiş zərərlidir?

Göz xəstəlikləri üzrə professor Şeyda Atabay mövzu ilə bağlı biliklərini bölüşüb:

Gözün ön səthində olan kornea təbəqəsi davamlı olaraq bərk ovuşdurulan zaman travmalara məruz qalır və nazikləşir. Bu zaman kornea təbəqəsinin nazikləşməsi ilə xarakterizə olunan keratokonus xəstəli yaranır.

Keratokonus adətən yeniyetmə yaşlarında baş verir. 20 yaşdan 40 yaşa qədər davam edir. 40 yaşdan sonra stabilləşir. Müxtəlif müalicə üsulları ilə xəstəliyin inkişaf prosesini yavaşlatmaq və sağaltmaq mümkündür.

Allergik xəstəliklər səbəbiylə də gözün ovuşdurulması keratokonus xəstəliyinin yaranmasına səbəb ola bilir. Əslində bu xəstəliyin dəqiq səbəbi yoxdur. Genetikdir.

Xəstəliyin erkən mərhələlərində görməkdə problem olmur. Xəstəlik inkişaf etdikcə miyopi və astiqmatizm qüsurları üzə çıxır. İlk dövrlərdə meydana gələn görmə qüsurunu eynəklə sağaltmaq mümkündür. Xəstəlik vaxtında araşdırılmasa, getdikcə eynəklə düzəldilməyən görmə problemi üzə çıxır.

Xəstəlik ilkin mərhələlərdə aşkarlandıqda CCL (Corneal Cross Linking) ilə müalicə edilə bilər və onun inkişafın dayandırıla bilər. Əlavə müalicə üsullarına kontakt linza və korneal üzük müalicəsi daxildir.

Burada vacib amil xəstəliyi erkən aşkarlamaq, diaqnoz qoymaq və müalicəyə başlamaqdır. Xəstələrin diqqət etməsi lazım olan şərtlər var. Bunlar yetkinlik dövründə və 20 yaşdan sonra görmə qabiliyyətinin pisləşməyə başlaması, həddindən artıq qaşınma və sürtünmədən qorunmadır. Keratokonusdan qorunmaq üçün ildə bir dəfə göz müayinəsindən keçmək və gözləri ovuşdurmamaq lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir