Bolqarıstanın baş naziri Rusiya səfirini hökuməti devirməkdə ittiham edib

Bolqarıstanın baş naziri Kiril Petkova və hökumətinə qarşı etimadsızlıq votumu verildikdən sonra o, insidentdə Bolqarıstanın üç siyasətçisini və Rusiyanın Sofiyadakı səfiri Eleonora Mitrofanovanı günahlandırıb.

Petkovun fikrincə, hökuməti devirməkdə məhz sadalanan şəxslər günahkardırlar. Mitrofanovadan başqa, Petkov biznesmen və keçmiş deputat Delyan Peyevski, GERB partiyasının rəhbəri Boyko Borisov və “Belə bir xalq var” partiyasının rəhbəri Slavi Trifonovun da adını çəkib.

“[Müxalifətin] başa düşmədiyi odur ki, onlar bolqar xalqını fəth edə bilməzlər. Söz verirəm ki, bundan sonra da ölkəmiz üçün mübarizə aparacağıq. Bir gün biz kölgədəki insanların idarə etməyəcəyi Bolqarıstanı, mafiyasız Bolqarıstanı görəcəyik, onu normal, uğurlu Avropa ölkəsi kimi görəcəyik”, – deyə siyasətçi bildirib.

Mənbə: Lenta.ru

www.RIA24.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.