Brifinq zamanı Bayden təsadüfən “şparqalka”sını nümayiş etdi – FOTO/VİDEO

ABŞ prezidenti Co Bayden Ağ Evdə brifinq zamanı təsadüfən “şparqalka”sını nümayiş edib.

Jurnalistlərin yanında necə davranmalı olduğuna dair tövsiyələrin yer aldığı vərəqədə oturmaq da daxil olmaqla hər xırda addım qeydə alınıb:

– Ruzvelt zalına girib iştirakçıları salamlayın;

– Yerinizdə oturun;

– Mətbuat daxil olur;

– Qısa şərhlər verin (2 dəqiqə);

– Mətbuat gedir;

– Liz Şulerə sual vermək (qeyd: Liz distant qoşulacaq);

– İştirakçılara təşəkkür edin;

– Otaqdan çıxın.

Sosial şəbəkələrdə bu kadrlar çoxsaylı müzakirələrə səbəb olub. Bəzilərinin fikrincə köməkçilər siyahıda “vərəq heç bir şəkildə jurnalistlərə göstərilməməlidir” kimi ən vacib bəndi unudublar.

www.RIA24.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.