Bu texnologiya ilə qulaqlıq taxmaqdan xilas olacaqsınız – MARAQLI…+ FOTOLAR

Dünyanın 4-cü ən böyük smartfon istehsalçılarından olan və mərkəzi ofisi Pekində yerləşən “Xiaomi” qulaqlıqlar üçün inqilabi bir patent alıb.
Şirkətin yeni patentinə görə, gəzdirilməsi problem halına çevrilən  kabelsiz qulaqlıqlar telefonun içindən çıxacaq. Beləliklə, əlavə enerji qutusu gəzdirməyə ehtiyac olmayacaq.
“LetsGoDigital” tərəfindən yayımlanan və “Xiaomi” yə aid olduğu söylənən çalışmalara görə, kabelsiz qulaqlıqlar telefonun üst qisminə yerləşdiriləcək. 

Göründüyü kimi normal formadakı kabelsiz qulaqlıqlar telefonların üst hissəsindəki iki nöqtəyə yerləşdirilir və ucları yuxarıya doğru yönəldilir. Beləliklə, telefon adi bir telefondan fərqlənmir. Musiqi dinləmək istədikdə qulaqlıq çıxarılır, ucları çevrilir və kabelsiz qulaqlıq şəklinə gətirilir.
Daxili kabelsiz qulaqlıqlara sahib olan smartfon ilə birlikdə istifadəçilərin əlavə bir enerji qutusundan xilas olması hədəflənir. Ancaq bu telefonu heç zaman bazarda görməmək kimi bir ehtimal da var. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir