Bu universitet tələbə qəbulunu dayandırdı

Estoniyanın Tallinn Universiteti COVID-19 virusuna yoluxma riski yüksək olan ölkələrin tələbələrini qəbul etməkdən imtina edib.
Universitetin qəbul komitəsi Tallinn Texniki Universitetinin (TalTech) çıxardığı qərarın analojisini qəbul edib.
Bununla belə, Tallinn Universiteti qeyd edilən səbəblərə görə, Estoniyaya gələ bilməyən tələbələrə bir sıra ixtisaslar üzrə elektron təhsil imkanları təklif edir. Eyni zamanda, qəbul alan tələblərin gələn il tədrisə başlamağı mümkün olacaq.(unikal.org)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir