Ceyms Bondun avtomobilləri hərraca çıxarıldı

Britaniyanın “Bonhams” özəl hərrac evi xəfiyyə 007-nin “Spektr” (Spectre, 2015) və “Ölmək üçün vaxt yoxdur” (No Time to Die, 2021) filmlərində idarə etdiyi avtomobilləri satışa çıxarıb.

Ceyms Bondun “Land Rover Defender SVX” və “Aston Martin DBS Superleggera”  avtomobilləri maşın həvəskarlarının ixtiyarına verilib.

Hərrac evindən verilə  məlumata görə, “Aston Martin”in ilkin qiyməti 250 000 funt sterlinqdir (307 000 dollar). İkinci nəqliyyat vasitəsinin ilkin satış qiyməti isə açıqlanmır. Ticarət evinin nümayəndələri iki avtomobilin satışından toplam ən azı 400-500 min funt-sterlinq (492-615 min dollar) əldə etməyi proqnozlaşdırırlar.

Avtomobillər  23-26 iyun tarixlərində baş tutacaq ənənəvi Qudvud Sürət Festivalı zamanı öz yeni sahiblərini tapacaqlar.

Mənbə: gazeta.ru

www.RIA24.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.