Çoxuşaqlı xadimə Fransa parlamentinə seçildi

Qaradərili həmkarlar ittifaqı fəalı, eyni zamanda beş uşaq anası olan Raşel Keke Fransa parlamentində – Fransa Milli Assambleyasında yer ala bilən ilk xadimə olib. 

Parlament seçkisinin ikinci turunun nəticələrinə görə, İl-de-Frans mərkəz bölgəsində solçu “Yeni Xalq Ekoloji və Sosial Birliyi” partiyasını təmsil edən Kot-d-İvuardan olan 47 yaşlı Keke hakim “İrəli!” partiyasından namizədliyini irəli sürən keçmiş idman naziri Roksana Marasinyanyunu geridə qoya bilib.

Bildirilir ki, çoxuşaqlı qaradərili xadimə 2019-2021-ci illərdə Parisdəki “Ibis Batignolles” hotelində işçilərin maaşlarının artırılması və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə keçirilən tətillərdə iştirak edərkən seçicilər arasında populyarlıq qazanıb.

Mənbə: Lenta.ru

www.RIA24.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.