Dələduzlar akademiki aldadaraq müflis etdilər

Rusiya Elmlər Akademiyasının (REA) akademiki Aleksandr Siqov dələduzların qurbanına çevrilib.

Hadisə ötən ilin avqust ayında baş versə də, bu barədə indi məlum olub.

Naməlum şəxs akademikə zəng edərək, özünü “Kartel Finans” firmasının məsləhətçisi kimi təqdim edib. O, alimə təklif edib ki, şəxsi vəsaitlərini səhmlərə və xarici valyutaya yatırsın. REA üzvü çox düşünmədən təkliflə razılaşıb.

Yarım il ərzində Aleksandr Siqov dələduzun hesabına nə az – nə çox, düz bir milyon rubl (təxminən 25 min manat) keçirib.

Qeyd edək ki, A.Siqov məşhur sovet və Rusiya fizikidir, bərk cisim fizikası sahəsində tanınmış mütəxəssisdir, RF Əməkdar elm xadimidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir