Dünyada koronavirusa yoluxanların sayı 14 milyonu keçdi – STATİSTİKA

Dünyada 14 194 140 nəfərdə koronavirus aşkar edilib.
Virusa yoluxanlardan 599 416-ı ölüb, 8 470 275-i sağalıb.
Koronavirusdan yoluxmanın (3 770 012) və ölümün (142 064 nəfər) ən çox müşahidə edildiyi dövlət ABŞ-dır.
İkinci yerdə 2 048 697 yoluxma və 77 932 ölüm sayı ilə Braziliya gəlir.
Azərbaycanın sərhəd qonşularından Rusiya 759 203 yoluxma ilə ölkələr arasında dördüncü, İran isə 269 440 yoluxma sayı ilə 11-cidir.
Türkiyədə koronavirusa 217 799, Ermənistanda 34 001, Gürcüstanda isə 1 010 yoluxma qeydə alınıb.
Azərbaycanda koronavirusun aşkar edildiyi 26 636 nəfərdən 341-i həyatını itirib, 17 805-i sağalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir