Ermənilər Azərbaycanla bağlı süjet hazırlayan “Rossiya 1”in bloklanmasını tələb edirlər – VİDEO

Rusiyanın “Rossiya 1” telekanalının işğaldan azad edilmiş Azərbaycan torpaqları ilə bağlı hazırladığı reportaj Ermənistan ictimaiyyətində rezonans doğurub.

Belə ki, sosial şəbəkənin erməni seqmentində sözügedən reportaja münasibət bildirən ermənilər qəzəblərini gizlədə bilməyiblər.

Hər zaman Rusiya mətbuatında özlərinə qarşı “isti” yanaşmaya öyrəşmiş ermənilər “Rossiya 1”in Azərbaycanla bağlı hazırladığı materialdakı obyektiv yanaşmaya dözümsüzlük göstəriblər.

Ermənilər hətta sosial şəbəkələrdə telekanalın ölkədə yayımının dayandırılması və ya ən azından barəsində tədbir görülməsi üçün çağırışlar da ediblər. Bu cür paylaşımlardan birində bütün ermənilərin “Rossiya 1”in bloklanması tələbi ilə XİN-ə məktub yazması istənilib.

 

www.RIA24.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.