Ermənilərdən daha bir oğurluq: Bu dəfə məşhur rəqsimizə göz dikdilər – VİDEO

Ermənilər Azərbaycana məxsus daha bir rəqsi oğurlamağa cəhd edirlər.
Bildirilib ki, Azərbaycanda keçirilən toy mərasimində rəqs edən rəqqasların görüntüləri ermənilər tərəfindən oğurlanaraq, “Youtube” səhifələrində paylaşılıb.
Həmişəki kimi, oğurluqdan əl çəkməyən ermənilər toyun Yerevanda baş tutduğunu qeyd ediblər. 
Həmçinin, toyda iştirak edən qonaqların erməni olduğu da vurğulanıb.
Qeyd edək ki, sözügedən video azərbaycanlı rəqqaslar tərəfindən 2015-ci ildə ifa olunub. Ermənilər bu videonu sonradan videohostinqə yükləyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir