Ermənistanda indiyədək COVID-19-dan 777 nəfər ölüb

Ermənistanda son sutkada daha 166 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 39 985 nəfərə çatıb.
Son sutka ərzində koronavirusa yoluxan 5 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 777 nəfər olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir