Ermənistanda koronavirusdan ölənlərin sayı 711-ə yüksəldi

Ermənistanda daha 73 nəfərdə koronavirus aşkarlanıb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 37 390-a yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 6 nəfər artaraq 711-ə çatıb. İndiyədək 26 665 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 9 793 aktiv koronavirus xəstəsi var

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir