Ermənistanda silahlar işə düşdü: Gənclər Paşinyanı təhqirə görə güllələndilər – VİDEO

İyunun 19-da Ermənistanın Araqatsotn rayonunun Niqavan kəndində atışma olub.

Qeyd olunur ki, Ermənistanda hakim “Vətəndaş sazişi” Partiyasının üzvlərindən birinin qohumu və Araqatsotn vilayətinin qubernatorunun qohumları baş nazir Nikol Paşinyanı təhqir edən gəncləri atəşə tutub. Atışma zamanı “Kalaşnikov” avtomatından istifadə edilib.

Silahlı insident nəticəsində yeddi nəfər yaralanıb. Onlar xəstəxanaya çatdırılıb, lakin yaralılardan ikisi orada ölüb. Polis insidentin məişət zəminində baş verdiyini bildirib. Ölən şəxslərdən birinin – Amayak Mikaelyanın Ermənistanda hərbi hissələrdən birində hərbçi və ya Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşı olması kimi iddialar səsləndirilir.  

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətin motivlərini araşdırır.

Mənbə: Politik.am

www.RIA24.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.