Fulya Öztürkün azərbaycanlı yanğınsöndürənlər haqqında çıxışı rekord qırdı – VİDEO

Tanınmış jurnalist Fulya Öztürk sosial şəbəkələrdə Türkiyəyə gedən azərbaycanlı yanğınsöndürənlər haqqında xoşagəlməz ifadələr işlədən həkimin cavabını verib.

44 günlük müharibədə azərbaycanıların böyük sevgisini qazanan Fulya Öztürk bu barədə aparıcısı olduğu verilişdə danışıb.

“Yanğınlarında təsirli səhnələrə şahid oluruq. Xüsusilə Azərbaycan başda olmaqla yardıma gələn hər bir ölkəyə təşəkkür edirəm. Hər kəs böyük bir səfərbərlik içindədir. Dəstəyinizlə bizi o qədər sevindirdiniz ki Azərbaycan. Bu atəşi söndürmək üçün ilk siz gəldiniz”.

Fulya Öztürk Azərbaycan əsgərinin əleyhinə danışan həkimin videosunu görəndə sinirləndiyini deyib:

“Bunu demədən keçə bilmərəm. Cahilsən! Bir qadın çıxıb deyir ki, azərbaycanlı yanğınsöndürənlərin burda nə işi var. Adamlar canı bahasına yanğın söndürməyə gəlib. Boğazıma bıçaq girdi sanki. Tarix bilmirsənsə, qaynar xəttə zəng vur, mən sənə tarix dərsi keçərəm. Azərbaycanlıların bizim soydaşlarımız və qardaşlarımızdır!”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir