Gürcüstanın hakim partiyası azərbaycanlı meri deputatlığa namizəd irəli sürdü

Gürcüstanın hakim Gürcü Arzusu Partiyası majoritar sistem üzrə deputatlığa namizədlərini təqdim edib.
Açıqlanan siyahıda azərbaycanlıların sıx yaşadıqları Marneuli rayonunun meri Zaur Darğallı da yer alıb.
O, Marneuli və Qardabani rayonları üzrə dairədən deputatlığa namizəd irəli sürülüb.
“Gürcü Arzusu” bu gündən etibarən seçkiöncəsi təşviqat kampaniyasına start verdiyini də bildirib. Partiya rəsmiləri seçkilərin azad və şəffaf keçirləcəyini qeyd ediblər.
Qeyd edək ki, qonşu ölkədə oktyabrın 31-nə təyin olunan parlament seçkiləri qarışıq sistem üzrə keçiriləcək. 120 deputat proporsional, 30-u isə majoritar sistem üzrə seçiləcək.
Z.Darğallı ötən ilin mayında Marneuli meri seçilib. 2017-ci ildən həmin vaxta qədər o, Kvemo Kartli bölgəsinin qubernator müavini olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir