II Dünya Müharibəsinə İspan qripi son qoyub – Trampdan iddia

ABŞ Prezidenti Donald Tramp 1918-ci ildən 1920-ci ilə qədər davam edən İspan qripi pandemiyasının II Dünya Müharibəsinə (1939-1945) son qoyduğunu deyib.
Amerikalı liderə belə sual verilib: o, işlədiyi dövrdə 160 min insan koronavirusdan ölsəydi, ölkənin əvvəlki prezidenti Barak Obamanın istefasını tələb edərdimi?
“Xeyr, etməzdim”, – cavabını verən Ağ Ev rəhbəri hazırki hakimiyyətin mümkün olan hər şeyi etdiyini və ABŞ-da COVID-19-dan “1,5-2 milyon insanın ölümün” əlindən alındığını bildirib.
Prezident mövcud vəziyyəti 1917-ci il ilə müqayisə etdi. “Böyük pandemiya. Əlbəttə ki, dəhşətli idi – itkilər təxminən 50 milyon – 100 milyon aarasındaydı”, – deyib və qeyd edib ki, elə İkinci Dünya müharibəsinə də İspan qripi son qoyub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir