II Yelizaveta uzun müddət sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı

İngiltərə kraliçası II Yelizaveta mart ayından bəri ilk dəfə ictimaiyyət qarşısına çıxıb. O,  at yarışında iştirak edib. 

İdman tədbiri Berkşirdəki Vindzor qəsrinin ərazisində keçirilib. Kraliça tədbirə “Range Rover” ilə gəlib. O, avtomobilin pəncərəsindən kral qəsrinin xidmətçiləri ilə fikir mübadiləsi aparıb.

Xatırladaq ki, bu il II Yelizavetanın hakimiyyətinin 70 illik yubileyi qeyd olunur.

Aprelin 21-də o, 96 yaşını qeyd edib.

Mənbə: aif.ru

www.RIA24.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.