İranda narazı pensiyaçılar aksiya zamanı hökuməti istefaya çağırdılar – VİDEO

İyunun 19-da İranda pensiyaçılar küçələrə axışaraq, aksiya keçiriblər.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, artıq 12 gündür, davam edən nümayişlər Əhvaz, Kermanşah, Ərak, Şuştər, Rəşt, Şuş, Durud, Sari, Zəngan və digər şəhərlərdə baş tutub.

Aksiyalar zamanı pensiyaçılar təqaüdlərinin vəd edildiyi kimi 57% yox, cəmi 10% artırılmasına etiraz ediblər və “rədd olsun Rəisi” şüarını səsləndiriblər. Əllərində boş süfrələr olan nümayişçilər bu artımın onlara heç bir xeyrinin olmadığını və verilən təqaüdlə dolana bilmədiklərini vurğulayıblar.

 

www.RIA24.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.