İsraildə koronavirusunun yeddinci dalğasının başlandığı rəsmən elan olundu

İsrailin Səhiyyə Nazirliyi ölkədə koronavirusunun yeddinci dalğasının başladığını elan edib.

Bu məqsədlə yerli xəstəxanalarda koronavirus şöbələri yenidən açılır.

Həmçinin, ölkədə karantin tədbirlərinin gücləndirilməsi istisna edilmir.

Səhiyyə Nazirliyinin məlumatlarına görə, hazırda 47 min nəfərə yaxın insan virusa yoluxub ki, onlardan 572 nəfər xəstəxanalara yerləşdirilib, qalanları isə ev şəraitində müalicə olunur.

Ümumilikdə, dünyada pandemiya başlayandan bəri İsraildə 4,2 milyondan çox yoluxma halı aşkarlanıb və onlardan 10,8 min nəfəri dünyasını dəyişib.

Mənbə: “İnterfaks”

www.RIA24.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.