Kabil məscidində partlayış: Ölən və yaralananlar var

Əfqanıstanın paytaxtı Kabildə cümə günü məsciddə baş vermiş partlayış nəticəsində 7 nəfər ölüb, 17 nəfər yaralanıb.

Bu barədə Əfqanıstan Səhiyyə Nazirliyindəki mənbə məlumat verib.

Partlayış məsciddə namaz qılanarkən baş verib.

Bölgədə fəaliyyət göstərən ekstremist qruplardan heç biri partlayışa görə məsuliyyəti üzərinə götürməyib.

Mənbə: “RİA Novosti”

www.RIA24.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.