Koronavirus peyvəndi ilə bağlı maraqlı açıqlama – Qızılca peyvəndi kimi tətbiq ediləcək…

Dünyadakı peyvənd çalışmalarının mərkəzində olan Oksford Universitetindən ümidverici bir xəbər gəlib. Hazırda insanlar üzərində sınaqdan keçirilən peyvəndin koronavirusa qarşı daha güclü antikor yaratması üçün qızılca peyvəndi kimi iki doza tətbiq ediləcəyi açıqlanıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son açıqlamasına görə, 200-dən çox ölkə və bölgədə 9 milyon 300 mindən çox insanın yoluxduğu koronavirusa qarşı qlobal miqyasda 135 peyvənd inkişaf etdirilir. Bu peyvəndlərdən 8-i isə insanlar üzərində sınaq mərhələsindədir.
Elm adamları hazırlanan peyvəndin iki doza tətbiq ediləcəyi zaman daha güclü təsir yaradacağını açıqlayıb və peyvəndi həmin üsulla donuzlar üzərində sınaqdan keçiriblər. İlk dozanı 2 ay əvvəl tətbiq edən elm adamları 28 gün sonra peyvənd vurulan donuzların bədənindəki antikor miqdarının daha çox artdığını müşahidə edib.
Çalışmanı həyata keçirən professor Simon Graham donuzların insanlara bənzər bir metabolik sürətə və antikor reaksiyasına sahib olduğunu açıqlayaraq insanlarda da oxşar nəticə əldə edilə biləcəyinə ümid etdiyini söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir