Kulebanın kəskin tənqid etdiyi şirkət Rusiya neft və qazından imtina etdi

“Shell” şirkəti Rusiyadan neft və qaz almayacağını açıqlayıb.

Buna qədər isə “Shell” şirkəti Rusiyadan neft aldığı üçün Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba tərəfindən sərt tənqid olunmuşdu. Ukraynalı nazir bütün transmilli şirkətləri Rusiya ilə bütün işgüzar əlaqələri kəsməyə çağırmışdı.

Eyni zamanda Böyük Britaniyanın “British Petroleum” neft korporasiyası da Rusiyadan neft və qaz almaq üçün yeni sövdələşmələrə imza atmaqdan imtina etdiyini açıqlayıb.

Mənbə: Bloomberg

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.