Malidə təkcə sonuncu bazar günü 130-dan çox dinc sakin öldürülüb – VİDEO

Malidə təkcə ötən həftənin bazar günündə silahlı qrupların üzvləri tərəfindən 130-dan çox dinc sakin öldürülüb.

Qeyd olunur ki, mülki əhaliyə qarşı qətliam Diallassaqo şəhərində və ölkənin mərkəzi hissəsində yerləşən Bankass kommunasının iki yaşayış məntəqəsində olub.

Yerli təşkilatların məlumatına görə, öldürülənlərin sayı rəsmi elan edilən rəqəmdən dəfələrlə çoxdur.

Hökumət qurumları iddia edir ki, mülki əhaliyə qarşı hücumların arxasında “Əl-Qaidə” ilə əlaqəsi olan islamçı qruplar dayanır.

Qeyd edək ki, Malidə Fransa və Avropa İttifaqı ölkələrindən olan hərbi kontinqent mütəmadi olaraq ekstremist qruplaşmalara qarşı xüsusi əməliyyat keçirib.

Lakin bir ilə yaxındır ki, Fransa və Aİ yeni hakimiyyət orqanları ilə münasibətlərin pisləşməsi səbəbindən Malidə keçirilən xüsusi hərbi əməliyyatları dayandırıb.

Mənbə: Euronews

www.RIA24.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.