“Marvel” komikslərində Co Bayden adlı antiqəhrəman tapıldı

“Marvel”in fanatları “Hörümçək-adam” barədə komikslərdə Co Bayden adlı mənfi obraza rast gəliblər.

ABŞ-ın hazırkı prezidentinin adaşı daha çox Spektr təxəllüsü ilə tanınır.

O, ilk dəfə 2010-cu ildə “Piter Parker nömrə bir” buraxılışında görünüb. O, zaman ABŞ-ın hazırki dövlət başçısı Barak Obama hökumətində vitse-prezident vəzifəsini tutub.

Komiksin səhifələrində hətta antiqəhrəmanın vitse-prezident Co Baydenlə qarışdırılmaması barədə oxuculara xəbərdarlıq da edilib.

Co Baydenin (Spektr) Marvel Qəhrəmanları Ensiklopediyasında ayrıca səhifəsi də  var. Orada dərc olunan məlumata görə, personajı müəlliflər Bob Geyl və Patrik Olifdir.

Mənbə: “RİA Novosti”

www.RIA24.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.