Meymunçiçəyi daha bir ölkədə təsdiqləndi

Cənubi Koreyada meymunçiçəyinə ilk yoluxma faktı təsdiqlənib.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Agentliyi xəbər verir.

Çərşənbə axşamı Almaniyaya səfərdən qayıdan Cənubi Koreya sakinində xəstəlik təsdiqlənib.

Bundan əvvəl çərşənbə axşamı iki nəfərdə meymunçiçəyi xəstəliyinə bənzər simptomların aşkar edildiyi bildirilmişdi. Həmin şəxslər təcrid olunublar. İkinci xəstə bazar ertəsi Cənubi Koreyaya gələn əcnəbidir. Onun testi mənfi çıxıb.

Mənbə: Yonhap

www.RIA24.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.