Münhen konfransının rəhbəri Medvedevi təlxək adlandırdı

Münhen Təhlükəsizlik Konfransının rəhbəri Kristof Hoysgen Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, Rusiyanın keçmiş prezidenti Dmitri Medvedevi təlxək adlandırıb.

“Medvedev bu gün təlxəkdir. Bağışlayın, mən bunu demək məcburiyyətindəyəm”, – deyə diplomat Beynəlxalq Dəniz Dövlətləri Simpoziumunda çıxışı zamanı bildirib.

Qeyd edək ki, Rusiyanın Ukraynada hərbi əməliyyatı başlayandan bəri Medvedev xarici siyasətlə bağlı dəfələrlə sərt, bəzən hətta qeyri-adekvat açıqlamalar verib.

Mənbə: gazeta.ru

www.RIA24.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.