Ostankino teleqülləsini ildırım vurdu

Ötən gecə Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən Ostankino qülləsini ildırım vurub. 
İldırımın teleqülləyə vurduğu maddi və fiziki zərər, kommunikasiya xətlərində, bloklarda hər hansı problem yaradıb-yaratmadığı hələ açıqlanmayıb.
Moskva vilayətində, xüsusilə də paytaxta yaxın Putilkovo kəndində iyulun 7-si axşamdan başlayan güclü tufan dalğası Moskva şəhərinə keçib və aramsız şimşəklərə səbəb olub. Gecəyarısı isə şəhərin bir neçə istiqamətində ildırım çaxıb. Növbəti dəfə teleqüllənin yaxınlığında çaxan ildırım Ostankinonu vurub. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir