Putinin Fransadakı villası ələ keçirildi – VİDEO

Fransada Rusiya Prezidenti Vladimir Putinə məxsus olduğu deyilən villa Ukraynanın dəstəkçiləri tərəfindən ələ keçirilib.

Fransalı aktivistlər həmin villada Ukraynadan gələn qaçqınları yerləşdirmək niyyətində olduqlarını bildiriblər.

Fransanın dənizkənarı Biarritz şəhərində yerləşən villanın eyvanından Ukrayna bayrağı asılıb. 

İnternetdə yayılmış videolarda fransız və Ukrayna dillərində “Biarritzdə qələbə – Putinin sarayının alınması” və “İndi xalq malikanəsi Putin rejiminin qaçqınlarını qarşılamağa hazırdır” sözləri yazılıb.

Fəallardan biri Pierre Haffner “The Insider” qəzetinə bildirib ki, villaya baxış keçirərkən Putinin keçmiş kürəkəni Kirill Şamalova və Putinin yaxın dostu olan rusiyalı oliqarx Gennadi Timçenkoya aid sənədlər aşkarlanıb.

“The Insider” yerli mülkiyyət sənədlərinə istinadən villanın vaxtilə Timçenkoya məxsus olduğunu və daha sonra Şamalovun adına keçdiyini bildirib.

Digər aktivist Vladimir Osechkin Putinə məxsus olduğu deyilən villanın qaçqınların sığınacaq yeri kimi istifadə olunması üçün yerli hakimiyyət orqanlarına təkliflər verəcəklərini deyib. 

Qeyd edək ki, Biarritz şəhəri rusiyalı zənginlərin istirahət üçün üz tutduğu məşhur yerlərdən biridir. Burada Rusiya liderinin ailə üzvlərinin mülkləri olduğu iddia edilir.https://player.olke.az/?v=uu3mYuRd__w

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.