Rusiya Qara dənizdəki “Boyko qüllələri”ni söndürə bilmir: Yanğın quyulara çatıb

Rusiyalılar ukraynalı müdafiəçilərin raketlərlə vurduqları “Boyko qüllələri” adlanan, “Çernomornefteqaz”ın qazma platformalarında baş verən yanğının öhdəsindən gələ bilmirlər. Artıq yanğın quyulara da çatıb.

Hadisə yerində olan rusiyalı jurnalist Olqa Kovitidinin məlumatına görə, hazırda yanğının söndürülməsi davam edir, gəmi hadisə yerinə yaxınlaşmağa çalışıb, lakin bacarmayıb.

Onun sözlərinə görə, platformalarda olan insanların axtarışı ilə bağlı işlər heç bir nəticə verməyib. Hadisə yerində hərbçilər də çalışırlar.

Mənbə: Ukrainskaya pravda

www.RIA24.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.