Rusiyada “McDonald’s”ı almaq istəyənlər arasında Ermənistanın keçmiş prezidentinin oğlu da olub

Ermənistanın keçmiş prezidenti Armen Sarkisyanın oğlu Rusiyadakı “McDonald’s” restoranlar şəbəkəsini almaq istəyənlər arasında olub.

Məlumata görə,” McDonald’s”-ın amerikalı sahibləri 2022-ci ilin aprelində BƏƏ-də potensial alıcılarla bir sıra müsahibələr aparıblar. Ümumilikdə altı namizədlə görüş keçirilib ki, onlarda da biri – iş adamı Aleksandr Qovor son nəticədə restoranların yeni sahibi olub.

İddiaçılar arasında Ermənistanın keçmiş prezidenti Armen Sarkisyanın oğlu da olub. Lakin eks-dövlət başçısının iki varisindən hansının – Vardan və ya Haykın Rusiyada biznes sahibi olmaq istədiyi məlum deyil.

Mənbə: Forbes

www.RIA24.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.