Rusiyada vulkan püskürdü – VİDEO

Rusiyanın Saxalin vilayətinin Paramuşir adasında Ebeko vulkanı püskürüb.

Hadisənin şahidi olan yerli sakinlər şəhərin üzərini alan qalın tüstünün görüntülərini çəkərək sosial şəbəkələrdə paylaşıblar.

Regional Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Ebeko vulkanı iki kilometr hündürlüyə qədər kül püskürüb.

Aidiyyəti qurumlardan əhalinin həyatı üçün heç bir təhlükənin olmadığı bildirilib.

Mənbə: Citysakh.ru

www.RIA24.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.