Rusiyalı oliqarxların dondurulan aktivlərinin məbləği məlum oldu

Rusiya oliqarxları və qurumları Avropa İttifaqının sanksiyaları nəticəsində 12,5 milyard avro dəyərində dəbdəbəli yaxtalar, helikopterlər, rəsmlər, daşınmaz əmlak və digər aktivlərini itiriblər.

Bu barədə Avropa Komissiyasının ədliyyə sözçüsü Kristian Viqand “Die Welt” nəşrinə müsahibəsində bildirib.

Qeyd edilir ki, Rusiya oliqarxlarının dondurulmuş aktivlərinin məbləği apreldə 6,7 milyard avrodan 12,5 milyard avroya qədər artıb.

Viqand dondurulmuş aktivlərin belə kəskin artımını son həftələrdə xüsusilə Almaniyada rusiyalı oliqarxlara məxsus bir çox obyektin müəyyən edilərək bloklanması ilə əlaqələndirib.

Mənbə: Ukrainskaya Pravda

www.RIA24.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.