Rusiyalılar Xarkovu atəşə tutub: Üç uşaq yaralanıb

Rusiyalılar Xarkov şəhərinə və ətraf bölgəyə atəş zərbələri endiriblər, nəticədə 3 uşaq yaralanıb.

Bu barədə Xarkov vilayəti üzrə Fövqəladə Hallar Baş İdarəsinin rəisi Vladimir Timoşko məlumat verib.

“Hər gün Xarkov bölgəsində regionun dinc sakinləri aravermədən raket və artilleriya atəşinə tutulur. Ötən sutka ərzində Rusiya Federasiyasının hərbçiləri Çuquev şəhərinə, Xarkov vilayətinin Baranovka, İvanovka, Koroboçkino kəndlərinə zərbələr endiriblər”, – deyə Timoşko bildirib.

Bundan əlavə o qeyd edib ki, gecə düşmən Xarkov və şəhərətrafı yaşayış məntəqələrini raket atəşinə tutub.

Nəticədə Lyubotino şəhərində fərdi evlərə, yardımçı tikililərə və qarajlara, təhsil müəssisəsinin binasına ziyan dəyib.

İvanovka kəndində mərmi partlaması nəticəsində 3 uşaq xəsarət alıb.

Mənbə: Ukrainskaya pravda

www.RIA24.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.