Səudiyyə Ərəbistanı Kralı Silahlı Qüvvələrin Komandanını korrupsiya şübhəsi ilə vəzifədən azad edib

Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Əl Səud Silahlı Qüvvələrinin Komandanı Fahd bin Türki Al Səudun vəzifə səlahiyyətlərinə xitam verilməsi haqqında fərman imzalayıb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə İnformasiya Agentliyi məlumat yayıb.
İstefaya səbəb komandanın Müdafiə Nazirliyində maliyyə fırıldaqçılığı ilə əlaqədar şübhələr olub.
Fərmanda general-leytenant Fahd bin Türki Al Səudun təqaüdə göndərilməsi qeyd edilsə də, maliyyə saxtakarlığının araşdırılması üçün istintaqın başladılmasına göstəriş verilib. 
Kralın digər fərmanı ilə əmirliklərdən birinin qubernator müavini də vəzifəsindən uzaqlaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir