Şadlıq saraylarının işçiləri Maliyyə Nazirliyi qarşısında etiraz aksiyası keçirdi…- FOTO

 İyunun 29-da, bazar ertəsi günü İsrail Nazirlər Kabinetinin Səhiyyə Nazirliyində və digər nazirliklər arasında ciddi fikir ayrılıqları səbəbindən bir gün  öncə dayandırılmış koronavirusla mübarizə ilə əlaqədar iclası Maliyyə Nazirliyində işinə davam edib.
İclasın getdiyi vaxtda Maliyyə Nazirliyinin binasının qarşısında mədəniyyət, eyni zamanda şadlıq sarayları və konfrans-zalların  işçilərinin nümayişi başlayıb.
28 iyun görüşü zamanı nazirlər arasında fikir ayrılığı yaranıb. Səhiyyə Nazirliyi küçə və parklarda bir yerə toplaşanların sayının on doqquz nəfərə qədər məhdudlaşdırılmasını tələb edib. Digər nazirlərin xüsusilə kəskin etirazını doğuran digər bir təklif kütləvi tədbirlərdə iştirak edənlərin sayının 50 nəfərədək məhdudlaşdırılması tələbi olub. İclasda iştirak edən bəzi nazirlərin fikrincə, belə bir addım epidemiya zamanı onsuz da çox böyük itkilər verən şadlıq saraylarının sahiblərinə ağır zərbə vuracaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir