Şimali Koreya üç ballistik raketin sınağını keçirib

Şimali Koreya Pxenyanın Sunan hava limanı ərazisindən Şərq dənizinə doğru üç qısamənzilli ballistik raket atıb.

Bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah rəisləri jurnalistlərə açıqlamasında bildiriblər.

“Hərbçilərimiz bu gün, mayın 12-də Şimali Koreya tərəfindən, Sunan hava limanı ərazisindən Yapon dənizinə doğru üç qısamənzilli ballistik raket buraxılışını qeydə alıblar”, – deyə məlumatda bildirilib.

Uçuş məsafəsi, raketin uçuş hündürlüyü və digər detallar hələlik açıqlanmayıb.

Qeyd edək ki, bu, Şimali Koreyanın 2022-ci ildə 16-cı silah sınağıdır.

Xatırladaq ki, mart ayında Şimali Koreya “Xvason-17” qitələrarası ballistik raketinin sınağını həyata keçirib. Həmin vaxt yerli dövlət kanallarında Yaponiya dənizinə doğru atılan raketlə bağlı epik video təqdim edilmişdi.

Mənbə: RİA Novosti

www.RIA24.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.